Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə avtomobil və mikroavtobus kanala düşdü - 8 ölü, 4 yaralı

Türkiyənin Bayburt bölgəsində avtomobil və mikroavtobusun su kanalına düşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb.

Mynews.az report-a istinadən xəbər verir ki, bunu Bayburt valisi Ali Hamza Pehlivan bildirib.

İran dövlət nömrə nişanl maşın Bayburt-Gümüşhane avtomobil yolunun Aydıntepe yolayrıcında kanalizasiya suyu üçün nəzərdə tutulan və tikilməkdə olan kanallın düşüb. Maşındakılar İran vətəndaşları olub.

Onun ardınca Bayburt-Trabzon marşrutu üzrə hərəkət edən mikroavtobusun da həmin yerə düşməsi nəticəsində ikinci qəza baş verib. Kanalın dərinliyi 5 metrdir.

Hadisə nəticəsində ölənlər Türkiyə və İran vətəndaşlarıdır.

Qəzanın baş vermə səbəbi araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...