Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qəzzada ölənlərin sayı 14-ə çatıb - 1200 yaralı var

İsrail hərbçiləri ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı 14 nəfərə çatıb, 1200 nəfər yaralanıb.

"Ölkə.Az" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu yerli Tibb Xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra deyib.

Fələstin lideri Mahmud Abbas isə martın 31-ni ümummilli matəm günü elan edib.

Qeyd edək ki, bu gün minlərlə fələstinli İsrail işğalına qarşı müqavimətin simvoluna çevrilən “Torpaq Günü”nün 42-ci ilində aksiya üçün hərəkət keçib. İsrail tərəfi isə bu aksiyaya sərt şəkildə müdaxilə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...