Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyanın hərbi qüvvələri Ermənistanda uçuşlar keçirib

Ermənistanda yerləşən Erebuni aviabazasının MiQ-29 qırıcı təyyarələrinin pilotları, təlim-tədris uçuşlarının həyata keçirilməsi zamanı şərti düşmənlərin hava hədəflərinin ələ keçirilməsini yerinə yetiriblər.

Bu barədə Cənub hərbi dairəsinin mətbuat xidməti xəbər verib:

“Pilotlar havada sürətli hədəflərin məhv edilməsi ilə bağlı çətin uçuş elementləri olan qoşa və zəncirvari hərəkətlər edərək, uçuş imitasiyasını həyata keçirən şərti düşmən təyyarələrini ələ keçiriblər”. 

Mynews.az bildirir ki, uçuşlar zamanı göstərilən hədəflərin axtarışı, onlara qarşı raketlərin şərti buraxılışı və nizam-intizamı pozan təyyarələrin Erebuni hərbi aerodromuna məcburi enişi nümayiş etdirilib.

Hərbi Hava Qüvvələrinin bölmələri ilə birlikdə 20-dən artıq aviasiya texnikasının iştirakı ilə, Alagöz yüksək dağlıq poliqonunda, motoatıcı birləşmənin maraqları çərçivəsində uçuşlar keçirilib.

oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...