Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanda Sarkisyanı yandırmağa çağırdılar

Ermənistan ordusunda ölmüş hərbi qulluqçuların anaları Silahlı Qüvvələrin təkmilləşdirilməsinə dair yeddi illik proqrama inanmırlar.

Mynews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Yerevanda bununla bağlı etiraz aksiyası keçirilib.

Mitinq iştirakçıları bildiriblər ki, Ermənistanda nəyisə dəyişmək üçün Sarkisyan özündən başlamalıdır.

“Orduda baş verən bütün ölümlərdə onun əli var, bütün korrupsiya halları onun nəzarətindədir. Sarkisyanın yeni proqramı heç nəyi dəyişməyəcək, çünki hakimiyyət dəyişilməz qalır. Ümumilikdə sistem dəyişilməlidir”.

Onunla digər valideynlər də razıdırlar:

“Mən də inanmıram. Balıq başdan iylənir. Onları meydana gətirib yandırmaq lazımdır. Bundan sonra dəyişikliklər ola bilər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...