Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

48 yaşlı qadın canlı yayımda burnunu çıxardı

Canlı yayımda burnunu çıxardı.

Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərədə yayımlanan bir proqramda hamını təəccübləndirən hadisə baş verib.

Belə ki, Redditch əyalətində yaşayan Jayne Hardman 2012-ci ildə 88 kiloqramlıq itin hücumuna məruz qalıb və burnunda problemlər yaranıb. Bu hadisədən sonra burnunda qanama və şişkinlik yarandığını görən qadın bir neçə həkimə də müraciət edib.

48 yaşında 2 uşaq anası Hardman bu hadisədən sonra qanında yaranan bir xəstəliyə tutulub və burnu artıq üzündən düşməyə başlayır.

Bir gün yolda gedərkən burnu üzündən düşmüş və ətraf camaatın təəccübünə məruz qalıb. Bir müddət kimya terapiya müalicəsi alan qadının yeni burnu üzünə maqnitlə yerləşdirilib.

Dəvət aldığı proqramda başına gələn hadisəni danışan Hardman tamaşaçıların qabağında burnunu çıxarıb. Bunu izləyən tamaşaçılar "Heç olmasa əvvəlcədən xəbər edərdin” deyə bildiriblər.

Tibbdə "Qranilomatozis” adı ilə tanınan xəstəlik kimyaterapiya olunmadığı müddətdə ölümlə də nəticələnə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...