Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qoyunun kəsilmiş qulağı - xəyanət cinayətini üzə çıxardı - VİDEO

Denizlinin Acıpayam bölgəsində fermer təsərrüfatı ilə məşğul olan Mutlu Aysel evinin arxasında tövlədə ov tüfəngiylə öldürülüb.

Hadisəylə bağlı araşdırma başladan jandarma sirri qulağı kəsilmiş qoyundan yola çıxaraq aşkarlayıb.

Mutlu Ayselin həyat yoldaşı Zeynəb Ayselin ifadəsi alınıb. Zeynəb Aysel ilk ifadəsində xəstə olan bir qoyunun qulağını kəsdiyini, həyat yoldaşını da bunun üçün tövləyə çağırdığını, bu zaman hardan gəldiyini bilmədiyi silah səsiylə həyat yoldaşının vurulduğunu deyib.

Jandarma Zeynəb Ayselin ifadəsindən və davranışlarından şübhələnərək, qulağı kəsilmiş qoyunu baytar müayinəsinə aparıb. Edilən müayinə zamanı qoyunun heç bir xəstəliyinin olmadığı məlum olub.

Zeynəb Ayselin yenidən ifadəsini alan jandarma cinayət hadisəsinin xəyanət səbəbindən baş verdiyini müəyyənləşdirib. Zeynəb Ayselin bacısının qızıyla evli olan Erdal Ersoyla münasibətinin olduğu və daha rahat görüşmək üçün Mutlu Ayseli öldürməyi planlaşdırdıqları ortaya çıxıb.

Zeynəb Aysel və Erdal Ersoy ədliyyəyə sövq edilərək həbs olunub.

metbuat.az
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...