Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yerevanda tələbələr ayağa qalxıb - FOTO + VİDEO

Ermənistanın paytaxtı Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.

Mynews.az-n Oxu.Az-a istinadən məlumatına görə, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Etirazçı tələbələr dərsə girməyərək, oturaq aksiya keçiriblər və Yerevanın Baqramyan prospektini bağlayıblar.

Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti iflic olub və  polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. 

Tələbələr isə bu tələbə məhəl qoymayıblar və bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...