Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İrəvanda etiraz aksiyası davam edir

Ermənistan paytaxtında etiraz aksiyaları davam edir.

Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar. Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar.

Aksiyanın rəhbəri, deputat Nikol Paşinyan bildirib ki, etirazçılar bu gün Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirə olunacağı parlamentə gedən yolları bağlamağa çalışacaqlar.

Qeyd edək ki, aksiya iştirakçıları Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...