Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Son dəqiqə - Məşhur mafiya başçısı öldürüldü

Yunanıstanın Afina şəhərində kriminal dünyada “Bubi” ləqəbi ilə tanınan 45 yaşlı Yorqos Litsos güllələnib.

Mynews.az Yenicag.az-a istinadən bildirir ki, o, Yunanıstan mafiyasının “xaç atası” idi.

AMNA agentliyinin məlumatına görə, 2 naməlum şəxs mafiya başçısının avtomobilini atəşə tutublar.

Xəstəxanaya çatdırılan kriminal avtoriteti xilas etmək mümkün olmayıb.

Polisin versiyasına görə, qətl sifarişlidir və qisas məqsədi ilə həyata keçirilib.

Qətlin təfərrüatı dəqiqləşdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...