Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sunami olacaq, İstanbul dənizin altında qalacaq - Şok proqnoz

Türkiyənin Boğaziçi Universitetinin Zəlzələ Araşdırmaları İnstitutunun professoru Haluk Özener İstanbulda 7 bal gücündə zəlzələ olacağı təqdirdə sunaminin baş verəcəyini iddia edib.

Axar.az xəbər verir ki, Özener tarixi dövrlərdə də Mərmərə, Aralıq və Egey dənizlərində sunamilərin yaşandığını bildirib:

“Doğrudur, Mərmərə dənizinin relyefinə baxdığımızda elə də böyük sunaminin olacağını gözləmirik. Lakin sunaminin olacağı qaçılmazdır. Bəzi araşdırmalara görə 7, 7.2 yaxud 7.5 bal gücündə yeraltı təkanlar qeydə alına bilər. Üzərimizə düşən yeganə vəzifə yaranacaq sunamilərdən necə qorunmağımızdır. Bunun yollarını axtarmalıyıq. Təəssüf ki, biz zəlzələnin zamanını bilmirik. Əlimizdən gəldiyi qədər önləyici tədbirlər görməliyik”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...