Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslər edam oluna bilər

Hindistanda 12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslər edam oluna bilər. 

Mynews.az report.az-a istinadən bildirir ki, bununla bağlı Hindistan Nazirlər Kabinetinin ölkənin baş naziri Narendra Modinin rəhbərliyi altında keçirilən iclasında qərar qəbul olunub. 

Hindistan prezidenti Ram Nath Kovində göndərilən sənəd qanuniləşməsi üçün 6 ay içərisində ölkə parlamentində qəbul edilməlidir. 

Qeyd edək ki, Hindistan qanunlarına əsasən, yetkinlik yaşına çatmayan uşaqlarla cinsi əlaqəyə görə ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilir.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...