Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərdoğanın kürsüsündə oturan uşaq verdiyi cavabla hər kəsi güldürdü - VİDEO

Bildiyimiz kimi 23 aprel günü Rəcəb Tayyib Ərdoğan uşaqları sarayında qəbul edib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə prezident kürsüsündə 12 yaşlı Fatih Mintaş əyləşib.

Jurnalistlərin suallarını cavablandıran 12 yaşlı Fatih Mintaş “ilk icraatım millətimizə xidmət olacaq” deyib.

Daha sonra jurnalistlərin bayramı nəvələri ilə necə keçirməsi ilə bağlı suala verdiyi cavab salonda oturan hər kəsi güldürüb:

“Nəvəm olmadığı üçün bu mövzu ilə bağlı heç bir şey deyə bilməyəcəm” deyə Fatih cavab verib. Ərdoğan mövzuya müdaxilə edərək “İnşallah gələcəkdə çoxlu nəvən olar. Mənim 6 nəvəm var” deyib. Fatih Mintaş isə “İnşallah” deyə cavab verib. Bu sözlər isə salonda oturanları güldürüb.

Mynews.az həmin görüntüləri təqdim edir:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...