Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya dünyanın ən dəhşətli silahını hazırlayıb: qitəni yox edə bilər - VİDEO - FOTOLAR



	

Mynews.az Milli.Az-a istinadən bildirir ki, NATO ekspertlərinin "Kanyon" adlandırdıqları "Status-6" adlı sualtı kompleks 20-50 meqaton gücündə nüvə başlığı daşıya bilər.

Bu başlıq hər hansı ölkənin sahillərinin yaxınlığında partladılarsa, 2011-ci ilin mart ayında Yaponiyadakı zəlzələnin yaratdığı sunami kimi güclü, dalğasının hündürlüyü ən azı 35 metr olacaq sunami yarada bilər.

"Status-6" kompleksindəki torpedonun su altında partlaması minlərlə ton şüalanmış, radioaktiv dəniz suyunu səmaya qaldıraraq hədəfə alınmış məkandakı şüalanma yerində radioaktiv yağış yarada bilər.

Məsələn, partlayış ABŞ-ın San-Dieqo və ya Los-Anceles şəhərlərinin sahilləri yaxınlığında olarsa, radioaktiv yanğınların yaratdığı bəlalar okean küləyi sayəsində daha da artar.

"Status-6" kompleksi 100 meqaton gücündə nüvə başlığı da daşıya bilər. Bu isə qitəni viran qoyacaq dəhşətli gücdür.


                        

                                                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...