Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Suriyada vurulmuş raketlərin sayı Putinə məruzə olundu

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İstismar İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy Rusiya prezidenti Vladimir Putinə koalisiya tərəfindən “Pantsir”, “BUK”, “C0125” və digər komplekslərdən buraxılan 46 qanadlı raketin Suriyanın silahlı qüvvələri tərəfindən məhv edilməsini təsdiqləyən sübutlar təqdim edib. 

Mynews.az bununla bağlı Oxu.Az-a istinadla xəbər verir. 

Rudskoy əlavə edib ki, bir neçə raket texniki nasazlıq səbəbindən hədəfə çatmayıb. Bununla yanaşı, o bildirib ki, bu raketlər dinc sakinlərin yaşadığı bölgəyə düşə və çox sayda insan tələfatına səbəb ola bilərdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...