Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İran müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə çağırıb

İranın ali dini lideri Əli Xameneyi müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə çağırıb. 

Mynews.az-ın məlumatına görə, Oxu.Az bununla bağlı “Reuters” agentliyinə istinadla xəbər verir. 

“İran xalqı Birləşmiş Ştatlar və digər təkəbbürlü dövlətlərin onu alçaltmaq cəhdlərinə qarşı uğurla müqavimət göstərir”, - o deyib. 

Xameneyinin bu sözləri ABŞ prezidenti Donald Trampın “Yaxın Şərq Vaşinqtonun köməyi olmadan bir həftə belə dayan bilməz” fikrinə cavab olub.

“Bu sözlər müsəlmanlar üçün alçaldıcıdır”, - dini lider əlavə edib. 

Qeyd edək ki, aprelin 25-də İran prezidenti Həsən Ruhani ABŞ-ı regionu tərk etməyə çağırıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...