Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Azərilər türkləşmiş farslardır” deyən köməkçisinə İran prezidentindən cavab

İran prezidenti H.Ruhani Təbrizdə türk dilindən danışıb: “İran torpağının ətirli çiçəyi və qürur mənbəyi”

“Ölkədə türk yoxdur, azərilər türkləşmiş farslardır” deyən köməkçisi Əli Yunusiyə İran prezidenti Həsən Ruhanidən cavab gəlib. İran prezidenti Həsən Ruhani ölkəsində Türk Dil və Ədəbiyyat Mərkəzinin fəaliyyətinin gücləndirilməsinə çağırış edib. O, İran birinci futbol liqasında çətin günlərini yaşayan Təbrizin “Traktors Sazi” futbol klubunun baş məşqçisi olan Ərtoğrul Sağlama da dəstək verəcəyini vəd edib.

Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizə səfərində ictimaiyyətə görüşən H.Ruhani köməkçisi Əli Yunisinin fikirlərinin əksinə olaraq türk dili (Azərbyacan dili) üçün “İran torpağının ətirli çiçəyi və qürur mənbəyi” ifadəsini işlədib. H.Ruhani deyib: “Şərqi Azərbaycan hökumətindən, səlahiyyət sahiblərindən əyalətdəki universitetlərdən türk dili və ədəbiyyatını gücləndirməyi, lazımi kitabları dərc etməyi tələb edirəm”.

O, İran Təbrizin “Traktors Sazi” futbol klubunun baş məşqçisi Ərtoğrul Sağlamla da görüşüb. O, Ə. Sağlama İran birinci futbol liqasında çıxış edən, son dövrlər maliyyə problemləri və liqadan çıxmaq riski ilə üzləşdiyi üçün çətin günlərini yaşayan Təbrizin “Traktor Sazi” futbol klubuna bu kömək etməyə söz verib.

Xatırladaq ki, türkiyəli baş məşqçisi Ərtoğrul Sağlamın çalışdırdığı “Traktor Sazi” futbol klubu liqada 11-ci yerdədir. (Bizimyol.info)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...