Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan hökuməti Paşinyanla danışıqlardan imtina etdi

Ermənistanın baş nazirinin vəzifələrini müvəqqəti icra edən Karen Karapetyan etirazçıların lideri Nikol Paşinyanla görüşdən imtina edib.

Bununla bağlı Karapetyanın mətbuat katibi Aram Araratyan məlumat verib. 

Mynews.az-ın xəbərinə görə, məlumatda deyilir ki, Paşinyanın bu dəvəti əvvəlkilərdən fərqlənmir.

Karapetyan əvvəlki dəvətlə bağlı cavabını təkrarlayıb. 

Bundan başqa, Karapetyanın fikrincə, danışıqların kameralar qarşısında keçirilməsində məqsəd hər hansı nəticənin əldə edilməməsi deməkdir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...