Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

8 martda qırx min qadını fabrikə kilidləyib yandırdılar... - VİDEO - FOTOLAR

Kapitalizm 19-cu əsrdə qadın əməyini kəşf edir və sömürməyə başlayır. Qadınların əmək mübarizəsində üsyanı da eyni dövrə təsadüf edir. Və bu mübarizə özündə saysız-hesabsız faciələr saxlayır. 

“Triangle” köynək zavodu yanğını isə bunların içində ən çox yaddaqalan hadisələrdəndir.

8 Martın qadınların mübarizə günü halına gəlməsinin başlanğıcı 8 mart 1857-ci il tarixində ABŞ-ın Nyu-York şəhərində 40.000 toxucunun daha yaxşı iş şəraiti tələbi ilə bir tikiş fabrikində keçirdiyi tətilə əsaslanır. Bu tətil əsnasında polis fəhlələrə hücum edib onları fabrikə kilidləyir. İşçilərin fabrikə doldurulub qapıların bağlanmasından sonra fabrikdə yanğın baş verir. Fabrik qarşısında manelər ququlduğundan fəhlələr fabrikdən qaçıb çıxa bilmirlər. Nəticədə yanğından xilas ola bilməyən 129 qadın fəhlə elə oradaca can verir.

Bu hadisədən 53 il sonra, 26-27 avqust 1910-cu il tarixində Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci beynəlxalq qadınlar toplantısında Almaniya Sosial Demokrat Partiyasının liderlərindən olan Klara Setkin 8 mart 1857-ci il tarixində tikiş fabriki yanğınında ölən qadın işçilər xatirəsinə 8 Martın "Dünya əməkçi qadınlar günü" kimi anılması təklifini irəli sürür və təklif yekdilliklə qəbul edilir.

Ancaq 1911-ci ildə daha böyük bir faciə baş verir. Belə ki, Nyu-yorkdakı  “Triangle” köynək zavodunda daha bir yanğın baş verir. Hadisədə çoxusu azyaşlı olan 148 qadın işçi daha ölür. Bu hadisənin sonradan Amerikada iş qaydalarının müəyyən edilməsində böyük təsiri olur. 

Bu yanğında zavodda həftədə 60-72 saatlıq iş müqabilində  6-7 dollar pul qarşılığında çalışan, əksəriyyəti uşaq sayıla biləcək yaşda olan təxminən 500 qadın fəhlənin üçdə bir hissəsi yanğında ölür.

25 mart 1911-ci ildə baş verən bu hadisə zamanı günortadan sonra, hələ də səbəbi dəqiq müəyyən olunmamış səkkizinci mərtəbədə başlayan yanğında yuxarı mərtəbələrdə işləyənlər dama çıxıb yan tərəfdəki binaya keçərək, zavodu təhlükəsiz şəkildə tərk edə bilir. Yanğın başlayanda binada olan zavod sahibləri Maks Blanck və İsaak Harris də ilk qaçanların arasında olur. Ancaq doqquzuncu mərtəbənin işçiləri yanğını hiss edəndə iki çıxış qapısından birini alov bürüdüyünü,  digərinin isə qıfıllı olduğunu gördürlər. Yanğınsöndürmə xortumunun işləməməsi, yanğınsöndürənlərə vaxtında xəbər verilməməsi, yanğın çıxışının qıfıllı olması, fabrik binası daxilində nəqliyyatın daha çox liftdən asılı olması və liftin ilk səfərindən sonra burozlarının yanğın səbəbiylə qopması, yanğından xilas olmaqçün  başqa nəqliyyatın olmaması kimi daha çox diqqətsizlikdən irəli gələn səbəblərə görə içəridə qalan işçilərin xilas olmaq üçün heç bir şansı olmur.

Ölən işçi qadınların 62-i alovlara dözə bilməyib özlərini pəncərələrdən aşağı atamağı üstün tutur. Yüz qədər fəhlə isə binanın içindəcə yanaraq can verir.

 

Bu dəhşətli hadisə unudulmaz faciə olaraq tarixə damğasını vurub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...