Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəhşətli PARTLAYIŞ - 9 JURNALİST ÖLDÜ

Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən iki partlayış zamanı ölən 29 nəfərdən 9-u kütləvi informasiya vasitəsiləri əməkdaşlarıdır.

Mynews.az report.az-a istinadən xəbər verir ki, hücum nəticəsində "TOLOnews" telekanalının operatoru, 1TV telekanalının jurnalisti və operatoru, "Mashal TV" telekanalının iki əməkdaşı, və "Azadi Radio"nun ("Azad Avropa Radiosu/Azadlıq Radiosu"nun Əfqanıstan filialı - red.) üç jurnalisti, eləcə də "Agence France-Presse"in Əfqanıstan paytaxtındakı fotobürpsuna rəhbərlik edən fotojmüxbir Şah Marai həlak olub.

Qeyd edək ki, hücum xarici ölkələrin nümayəndəliklərinin, eləcə də Əfqanıstanın Kəşfiyyat Agentliyinin yerləşdiyi bölgədə həyata keçirilib. İlk partlayış yerli vaxtla səhər saat 8 (Bakı vaxtı ilə 07:30) radələrində baş verib. Partlayışı motosikletdəki terroçu-kamikadze həyata keçirib.

İkinci partlayış isə 20 dəqiqə sonra - hadisə yerinə təcili yardım xidmətləri və jurnalistlər gələn zaman eyni bölgədə baş verib. Ümumilikdə 29 nəfər ölüb, azı 49 nəfər yaralanıb.

Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...