Meksikada insan sümükləri ilə dolu 8 kisə tapılıb
Meksikanın şimalında, Nuevo-Leon ştatının Eskobedo bələdiyyəsi ərazisində insan sümükləri ilə dolu daha səkkiz kisə tapılıb.
Mynews.az TASS-a istinadən xəbər verir ki, hakimiyyət orqanlarının nümayəndələri bildiriblər ki, yük avtomobilindən atılmış torbalar səkidə saxlanılıb.
Kriminalist ekspertlər meyitlərin aşkarlanması işinə başlayıblar. Onlar sümüklərin neçə nəfərə məxsus olduğunu müəyyən edəcəklər. Qeyd edək ki, həftənin əvvəllərində Herrero ştatında iki gün ərzində doqquz nəfərin meyiti 19 plastik paketdə aşkarlanıb.
Statistika və Coğrafiya Milli İnstitutunun apardığı sonuncu rəy sorğusunun nəticələrinə əsasən, meksikalıların 74 faizindən çoxu özlərini təhlükəsiz hiss etmir. Bu, son illər ən yüksək göstəricidir.
Qeyd edək ki, Vilyaermos (Tabasko ştatı) və Çilpansinqo (Herrero ştatı), habelə Ekatepek (Mexiko ştatı) ölkənin ən təhlükəli şəhərləri hesab edilir.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1128 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1116 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1116 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1114 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1005 dəfə oxunub