Ermənistanda vətəndaş itaətsizliyi genişlənir
Ermənistanda Nikol Paşinyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu gün səhərdən etibarən ölkə boyu kütləvi etirazlara start verilib.
Paytaxt İrəvanda fəallar bəzi nazirlik və dövlət idarələrinin, o cümlədən Elm və Təhsil Nazirliyinin, Diaspora Nazirliyinin binalarına girişi kəsib, bir çox küçə və prospektdə hərəkət dayandırılıb.
Gümrü və Maralik şəhərlərində etirazçılar yerli meriya binalarına daxil olub. Gümrüdə yerli müxalifətçi fəallardan olan Levon Barseqyan bildirib ki, şəhər meri Samvel Balasanyan müxalifətin tərəfinə keçməlidir. O, şəhərdə bütün dövlət binalarına müxalifətin nəzarət etdiyini söyləyib.
Maralik şəhərində də eyni vəziyyət yaranıb. Nümayişçilər meri hakim partiya sıralarından istefa verərək xalqa qoşulmağa çağırıblar.
Etirazçıların lideri Nikol Paşinyan "Reuters"ə açıqlamasında bildirib ki, kütləvi aksiyalar davam edəcək: "Biz təslim olmayacağıq. İtaətsizlik və tətil davam edəcək".
N. Paşinyan yenidən baş nazir vəzifəsinə namizədliyini irəli sürüb-sürməmək barədə düşünəcəyini vurğulayıb.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1003 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 963 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 953 dəfə oxunub