Ermənistanda fəallar İran və Gürcüstan yolunu bağlayıb
Ermənistanda Nkol Paşinyanın tərəfdarları bu gün Gürcüstana və İrana gedən dövlət əhəmiyyətli yolları bağlayıb.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları N. Paşinyanın baş nazir seçilməsini tələb edirlər. “Bu gün bütün xalqın tələbi birdir: baş nazir bizim liderimiz Nikol Paşinyan olmalıdır. Respublikaçı deputatlar bu həqiqəti anlamalıdır”, - deyə Sevanda Gürcüstan yolunu bağlayan fəallardan biri söyləyib.
İran yolunda da eyni vəziyyət yaranıb. Vayk şəhəri ətrafında yerli sakinlər yük avtomobilləri vasitəsilə yolu kəsib və hökumət əleyhinə şüarlar səsləndirir. Yeniyetmələr yolda futbol və voleybol oynayır. Yollarda kabab çəkənlər də var.
Qeyd edək ki, mayın 1-də Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi ilə bağlı keçirilən səsvermə uğursuz nəticələnib. N. Paşinyan 53 səs tələb olunduğu halda, 45 səs toplayıb. Hakimiyyətdəki Respublika Partiyası müxalifətçiyə dəstək verməyib.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 961 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 931 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 921 dəfə oxunub