Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kiyevdə böyük final - Otellərin qiyməti kəllə-çarxa qalxdı

Çempionlar Liqasının finalı günü  Kiyevdə ən bahalı otel nömrəsinin gecəsi 8 min avro olacaq.

Oxu.Az xəbər verir ki, ukraynalı jurnalist Vasiliy Konov öz “Twitter” səhifəsində ən bahalı otel nömrələrinin skrinşotlarını paylaşıb.

Jurnalist eyni zamanda britaniyalı həmkarından əldə etdiyi fotoşəkilləri dərc edib. Həmin şəkillərə görə, Avropanın ən mötəbər futbol turnirinin finalı ilə əlaqədar Kiyevdəki otel qiymətləri 1700 – 11,000 avro arasında dəyişəcək.

Qeyd edək ki, ÇL-nın finalı mayın 26-da Kiyevin “Olimpiya” stadionda keçiriləcək. Həlledici matçda İngiltərənin “Liverpul” klubu Madridin “Real” klubu ilə üz-üzə gələcək.

Цены на отели в Киеве на даты финала Лиги чемпионов - в рублях при заходе из России и в фунтах (позаимствовал у коллег) при заходе из Великобритании. И больше не вспоминайте про Саранск, пожалуйста. pic.twitter.com/n5yiiFCCrL

— Василий Конов (41+) (@VasilyKonov) 3 May 2018

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...