Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəhşətli cinayətin anbaan - VİDEO

İnternet kafedə baş verən cinayət hadisəsi təhlükəsizlik kameralarına tuş gəlib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, İstanbulun Fatih bölgəsində internet kafenin sahibi öz dostunu öldürərək, yerə tökülən qanı həyat yoldaşı və oğlu ilə təmizləyib. Görüntüləri əldə edən polis 3 nəfəri saxlayıb.

Saxlanılanlar cinayətin detalları barədə danışıb. Məlum olub ki, Həsən A. həbsxanadan çıxdıqdan sonra tanışı Sərhat G.-yə zəng edərək, ona qalmaq üçün yer tapmasını istəyib. Sərhat dostunu qeyri-rəsmi nikahda olan həyat yoldaşı Ezoza K. və ögey qardaşı Ləziz S.-nin qaldığı evdə yerləşdirib.

Həsən A. isə qadına təcavüz edib, daha sonra isə onun telefonunu da oğurlayıb.

Bundan xəbər tutan Sərhat isə dostunu internet kafedə bıçaqlayıb. Onlar cinayətin izlərini birlikdə təmizləyiblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...