Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu da Türkiyənin istehsal etdiyi yeni silah, “Boran” – Nazir Canikli açıqladı

Türkiyə Milli Müdafiə naziri Nürəddin Canikli ordunun loqistika və taktiki manevr qabiliyyətini böyük ölçüdə artıracaq yeni bir silah sisteminin istehsal edildiyini açıqlayıb.

Mynews.az Avropa.info-a istinadən xəbər verir ki, milli imkanlarla istehsal olunan 105 millimetr havadan portativ yüngül çəkili mərmi sistemi “Boran”ın test atışları uğurla həyata keçirilib. Yüngülləşdirilmiş quruluşu sayəsində vertolyotla əməliyyat bölgəsinə daşına bilmə xüsusiyyətinə malik silah sisteminin seriya istehsalına ilin sonundan etibarən başlanması planlaşdırılır.

Silah Maşınqayırma və Kimya Sənayesi (MKE) qurumu tərəfindən istehsal olunub. Yeni sistemlə hava hücumu əməliyyatı icra edəcək desant və piyada birliklərinin tələbatının ödənilməsi planlaşdırılır. Üzərində müasir komandanlıq və atış nəzarət sistemləri olan “Boran”, mövqe və istiqamətini özü müəyyən edərək qısa müddətdə atış vəziyyətinə hazır hala gətirilə bilmə xüsusiyyətinə sahibdir.

Bakan Canikli duyurdu! İşte TSK'nın yeni silahı

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...