Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ailəsi toyda olan yeniyetmə qızı 16 nəfər qaçırıb - TƏCAVÜZ ETDİ, CƏSƏDİ YANDIRDILAR

Hindistanda evindən qaçırılaraq 16 kişi tərəfindən təcavüz edilən qız öldürüldükdən sonra cəsədi yandırılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, dünyada ən çox təcavüz hadisələrinə rast gəlinən Hindistan bu vəhşi cinayətlə sarsılıb. Belə ki, polis bir kənddə 16 yaşlı qızı qaçıraraq ona təcavüz edən 16 nəfəri saxlayıb.Qızın yanan cəsədi isə öz evlərində tapılıb.

Məlumata görə, Carkand əyalətinin Çatra kəndində ailənin toyda olduğu zaman qızları 4 nəfər tərəfindən qaçırılıb. Həmin şəxslər qızı kimsənin olmadığı bir yerə apararaq digər tanışları ilə birgə ona təcavüz ediblər. Qızın ailəsi günahkarların cəzalandırılması üçün Çatra kəndinin rəhbərinə müraciət edib. Kəndin rəhbəri isə günahkarların hər birinə 700 dollar cəza kəsib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...