Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan Ermənistanın baş naziri seçilib

Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazir seçilib.

Mynews.az  xəbər verir ki,  bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclasında səsvermə keçirilib.

“Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi qəbul edilib.

Qeyd edək ki, daha öncə mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...