Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İstanbul üçün DƏHŞƏTLİ PROQNOZ - 22 il qaldı

İstanbul Texniki Universitetinin Geofizik Mühəndisliyi fakültəsinin professoru Övgün Əhməd Ercan Mərmərədə gözlənilən güclü zəlzələnin tarixini açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, alimin sözlərinə görə, zəlzələ 2039-2040-cı illərdə baş verəcək.

Daha əvvəl isə ətraf mühit və şəhərçilik naziri Mehmet Özhaseki Mərmərədə 2030-cu ilə kimi 7,2 bal gücündə zəlzələnin gözlənildiyini deyib.

İki min illik zəlzələləri araşdıran Övgün Əhməd Ercan bildirib ki, Mərmərədə son 2 min ildə 6,6-7,2 bal gücündə zəlzələnin baş vermə ehtimalı 24 faiz olub. Bu gücdə zəlzələlər hər 104 ildən bir baş verir. Son olaraq 6,7 bal gücündə zəlzələ 1934-cü ildə baş verib. Sözügedən intervalı nəzərə alan professor növbəti belə zəlzələnin 2039-2040-cı illərdə baş verəcəyini proqnozlaşdırır.

Mərmərədə 7,2 baldan daha güclü zəlzələnin baş vermə ehtimalının 5 faiz olduğunu deyən professor qeyd edib ki, bu gücdə zəlzələ 570 ildən bir təkrarlanır. 1999-cu ildə baş verən Gölcük zəlzələsi 7,5 bal gücündə olduğu üçün növbəti bu gücdə zəlzələnin 2500-cü ildən əvvəl baş verməsi təxmin edilmir. Mərmərədə 6-6,5 bal gücündə zəlzələlər hər 30 ildən bir baş verir. Övgün Əhməd Ercan qeyd edir ki, İstanbulda 2030-cu ildən əvvəl zəlzələ baş verərsə, onun gücünün 6,5 baldan yuxarı olacağı gözlənilməməlidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...