Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyəyə məxsus gəmidə partlayış

Yəməndə Salif limanı yaxınlığında Rusiyaya məxsus yükləri daşıyan türk gəmisində partlayış baş verib.

Mynews.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

İnsident nəticəsində heç kim xəsarət almayıb. Belə ki, partlayışın gəminin yük şöbəsində baş verdiyi bildirilir.

Hələlik partlayışın səbəbləri açıqlanmır. Onun raket hücumuna məruz qaldığı versiyası istisna edilmir.

Türkiyə mətbuatı gəmidə Rusiyadan 50 min tona yaxın buğdanın daşındığını yazır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...