Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış aktyorun oğlu intihar etdi - FOTOLAR

Amerikanın tanınmış aktyoru David Labravaya faciə üz verib.

Mynews.az  BAKU.WS-ə istinadən xəbər verir ki, aktyor "Instagram" hesabında oğlunun ölüm xəbərini paylaşıb. 55 yaşlı aktyor bildirib ki, oğlu intihar edərək həyatına son qoyub.

"Heç ağlıma gəlməzdi ki, belə bir paylaşım edəcəyəm. Bu mənim oğlum Tuchudur. Bir neçə gün öncə 16 yaşı tamam olub. O, ad günündən sonra intihar etdi. O, uşaqlıqdan çox mehriban və şən uşaq idi. Depresiyada olduğunu bilmirdik", - deyə aktyor yazıb.

David Labrava valideynlərə məsləhət də verməyi unutmayıb: "Bağışla oğlum, səni qoruya bilmədim. Problemlərini əvvəldən görmədim. Siz çalışın övladlarınızın problemlərilə maraqlanın. Hətta ilk baxışdan uşaqlarda problem müşahidə olunmasa belə, onları nəzarətsiz buraxmayın".

Tanınmış aktyorun oğlu intihar etdi FOTO
Tanınmış aktyorun oğlu intihar etdi FOTO
Tanınmış aktyorun oğlu intihar etdi FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...