Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Etiraz aksiyalarına əlil arabasında qatılan müsəlman öldürüldü - FOTOLAR

Qəzza zolağında İsrail ordusu ilə qarşıdurmada ölən fələstinlilərin sayı 59-a çatıb, minlərlə yaralı var.

Mynews.az Milli.Az-a istinadla xəbər verir ki, İsrailli hərbçilərin Qəzza zolağında Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edən fələstinlilərə atəş açması nəticəsində ölənlərdən biri də "mübarizənin simvolu" sayılan Fadi Abu Salahdır.

İsrailin 2014-cü ildə Qəzzaya hücumu zamanı ayaqlarını itirən və etiraz aksiyalarına əlil arabasında qatılan 29 yaşlı Fadi Abu Salah da dünən həlak olub.

Qeyd edək ki, ötən gün Küveyt Qəzza zolağında vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...