Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tələbə qızları zorlayan şəxs - "Sadəcə qızlara həzz vermək istədim"

Türkiyədə tələbə qızları və işçi qadınları zorlayan şəxs saxlanılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Konya Selçuk Üniversitetində qeydə alınıb.

Universitetin Sağlamlıq, idman və mədəniyyət şöbəsinin müdiri H.H.S. tələbə qızları aldadaraq otağa aparırmış və onlarla cinsi əlaqəyə girirmiş. O, tələbələri zorladıqdan sonra şantaj edirmiş ki, əgər hadisə barədə məlumat verilsə, otaqda çəkilən video görüntüləri sosial şəbəkədə yayacaq.

Cinayətkarın əməllərinin üstü isə eyni şöbədə çalışan 28 yaşlı T.Ö-ni zorladıqdan sonra açılıb. O, ilk dəfə özü ilə birlikdə çalışan qadına "Sevgilin varmı? Şəhvətli şəkildə sevişmək istəyirsənmi?" sualları verib. Sonradan onunla münasibət qurub və aldadaraq yoldan çıxarıb. Qadını zorladıqdan sonra onu şantaj edib və pul tələb edib.

H.H.S. iş yoldaşı T.Ö-dən maaş kartını alıb və bir müddət onun pulunu mənimsəyib. Olanlardan bezən T.Ö polisə şikayət edib. Şikayət əsasında saxlanılan kişinin əməlləri məlum olub.

Məhkəmədə ifadə verən T.Ö bunları deyib: "Qızların və qadınların həyatını puç edən bu adam ədalət qarşısında cavab verməlidir. O, həyatımı heç etdi. 3 ay psixoloji müalicə aldım. Onun əməlindən 10-dan çox qız və qadın zərər çəkib".

Məhkəməyə verdiyi ifadədə H.H.S. bildirib ki, pis niyyəti olmayıb: "Sadəcə qızlara həzz vermək istədim".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...