Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni hərbçi cinsi istismara məruz qalıb - Tükürpərdici hadisə

Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonu ərizəsində yerləşdirilən Ermənistanordusunun bölmələrində birində tükürpərdici hadisə baş verib.

Mynews.az ordu.az-a istinadən xəbər verir ki, ön xətdə xidmət edən hərbi qulluqçu Aleks Androsyanın mütəmadi olaraq xidmət yoldaşları tərəfindən cinsi istismara məruz qaldığı bəlli olub.

Hərbi qulluqçu həkim ekspertizasından keçirilmək məqsədilə Cəbrayılda yerləşən hərbi hospitala göndərilib. Hadisə baş verən bölmənin komandiri Yerevanda yüksək vəzifəli şəxsin qohumu olması səbəbindən məsələ ictimaiyyətdən gizlədilir.

Faktla bağlı cinayət işi açılmayıb. Xidməti araşdırma aparıldıqdan sonra məsələ ört-basdır edilib.

Əsgərin valideyinləri övladlarının başına yenidən başqa oyunlar açılmasın deyə susmaq məcburiyyətində qalıblar. A.Androsyanın anası oğlunun hərbi xidməti bitirdikdən sonra, nəinki bu işdə əli olanları, hətta bölmədə xidmət edən və məsələni ört-basdır etməyə çalışan hər kəsi məhkəməyə verəcəyini bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...