Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyanın “Qiyamət günü” silahının göstəriciləri məlum oldu - FOTOLAR

Rusiyanın “Poseydon” pilotsuz sualtı aparatı nüvə başlıqları ilə təchiz oluna bilər.

Oxu.Az xəbər verir ki, bu barədə TASS Rusiyanın hərbi sənaye kompleksindən olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən çoxməqsədli “Poseydon” dəniz sisteminin torpedosuna maksimal gücü trotil ekvivalentində iki meqatona qədər olan müxtəlif nüvə başlıqları quraşdırmaq olur.

Mənbə bildirib ki, nüvə başlıqla təchiz olunduqda aparatın təyinatı ilk növbədə potensial düşmənin hərbi dəniz istehkamlarını məhv etmək olacaq. Onun təbirincə, atom enerji qurğusu hesabına “Poseydon” qitələrarası məsafədə bir kilometrdən çox dərinlikdə 110-130 km saat sürətlə hərəkət edə biləcək.

“Poseydon” pilotsuz sualtı aparatının hazırlanması ilə bağlı ilk xəbər 2015-ci ilin noyabr ayında yayılıb. 2018-ci ilin mart ayında Rusiya prezidenti Vladimir Putin belə bir silahın mövcudluğunu təsdiq edib.

Müasir silahın dəqiq taktiki-texniki xarakteristikası hələ ki, rəsmi olaraq açıqlanmayıb.

     

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...