Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərnişin təyyarəsi qəzaya uğrayıb - 100-dən çox ölü - YENİLƏNİB - FOTO

23:03

Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.

Mynews.az  APA-ya istinadən bildirir ki, təyyarə havaya qalxdıqdan sonra Xose Mari hava limanı yaxınlığında yerə çırpılıb.

Yerli "Granma" qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

----------

21:30

Kubada Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Mynews.az report.az-a istinadən bildirir ki, "Cubana de Aviacion" şirkətinə məxsus təyyarə səmaya qalxdıqdan sonra yerə düşüb. Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur. Qeyd edilir ki, təyyarədə təxminən 100 nəfər olub. Hadisə yerinə təcili yardım avtomobilləri və yanğınsöndürmə xidməti cəlb edilib.

Sərnişin təyyarəsi qəzaya uğrayıb - 100-dən çox ölü - YENİLƏNİB - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...