Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlin toyu - FOTOLAR

Vindzor sarayında britaniyalı şahzadə Harri və amerikalı aktrisa Meqan Marklın toyu baş tutub.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, mərasimdə 2,6 min qonaq iştirak edib.

Onların arasında müğənni Elton Con, amerikalı aparıcı Opra Uinfri, tennis ustası Serena Uilyams, aktyor Corc Kluni, Viktoriya və Devid Bekhemlər, həmçinin kral ailəsinin üzvləri olub.

Mayın 19-u səhər saatlarında kraliça II Elizabet şahzadə Harriyə Sassek hersoqu titulunu verib. 

Aktrisa kino karyerasından imtina edəcək və Britaniya vətəndaşlığını alacaq.

Qeyd edək ki, şahzadə Harri Britaniya taxt-tacına növbədə beşincidir. Onun Marklla münasibətləri barədə 2016-cı ilin oktyabrında məlum olub.

www.oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...