Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Güclü yağış yağdı, paytaxtı sel basdı - FOTOLAR

Güclü yağışlar Türkiyənin paytaxtı Ankarada bir sıra problemlər yaradıb.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, 15 dəqiqə yağan güclü dolu daşqına səbəb olub. Kanalizasiya xətləri tutulub, şəhəri sel basıb. Hava Proqnozu Xidmətinin verdiyi məlumata görə, dolu yerli vaxtla 15.30-da düşüb

Öncə göy guruldayıb, şimşək çaxıb, ardınca güclü yağış yağıb. Küçə və prospektlərdə daşqınlar yaranıb. Paytaxtın ən işlək prospekti olan Atatürk bulvarı ilə parlamentin yaxınlığındakı keçidə su dolub.

Əraziyə təhkim edilmiş xilasedicilər çətin vəziyyətdə qalmış insanları xilas ediblər. Avtomobilin içərisində 9 aylıq körpəsi ilə çətin durumda qalan ana xilas edilərək xəstəxanaya aparılıb. Çağlayan məhəlləsi və Tibb fakültəsi prospektində avtomobillər su altında qalıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...