Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İftar süfrəsində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Türkiyənin Ədalət və İnkişaf Partiyasının Konya şəhər bələdiyyəsi ilə birgə verdiyi iftar mərasimindən sonra 200 nəfər zəhərlənib.

BiG.AZ yerli KİV-ə istinadən bildirir ki, iftarda 2 yemək firması tərəfindən sup, ətli plov, halva verilib. Yemək yeyəndən sonra evlərinə dönən məhəllə sakinləri qarın ağrısı, qusma və baş dönməsi şikayətləri ilə xəstəxanalara müraciət edib.

2 gündə təxminən 200 nəfər xəstəxanalara müraciət edib. Bu rəqəmin özəl xəstəxanalarda olan şəxslərlə birlikdə artacağı qeyd edilir.

Hadisədən sonra Qida, Əkinçilik və Heyvandarlıq rayon şöbəsi tərəfindən nümunələr götürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...