"ABŞ-ın dərdi nüvə silahı deyil, İranda hakimiyyəti dəyişməkdir"
ABŞ-ın dövlət katibi Maykl Pompeonun İranla yeni razılaşma imzalanması üçün Tehrana 12 şərt irəli sürməsi məşhur lətifədə "daha deyin ki, mərə paraşüt vermək istəmirsiz" yanaşmasına bənzəyir.
Mynews.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, İran hipotetik olaraq bu şərtləri yerinə yetirsə belə, Vaşinqton Tehranın yaxasını buraxmayacaq: "Vaşinqtonun İranla nüvə anlaşmasından çıxmasının qonşu ölkənin gizli şəkildə nüvə silahı hazırlıqları ilə əlaqəsi olmadığını daha əvvəl proqnozlaşdırmışdım. Bu proqnozumu Mayk Pompeonun bu sözləri də təsdiq edir: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir".
Bu sözlər və Pompeonun çıxışında İran prezidenti Həsən Ruhanini bir neçə tənqid etməsi, o cümlədən İran xalqının hakimiyyətinə qarşı çıxması ibarələri ondan xəbər verir ki, Vaşinqtonun əsas dərdi nüvə silahı deyil, İranda rejim dəyişikliyinə nail olmaqdır. Yəni düşünürlər ki, rejimi dəyişsələr, İranla bağlı bütün regional problemlərdən qurtulacaqlar. Vaxtilə Səddam Hüseyni devirəndə də eyni nəticəyə ümid edirdilər. Nəticə göz qabağındadır..."
Dünya
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
- Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1115 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1099 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1098 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1044 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1036 dəfə oxunub