Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ata 18 yaşlı qızını 70 yaşlı dostuna satdı - VİDEO

İstanbulda yaşayan 18 yaşlı qız atasının 70 yaşlı dostundan polisə şikayət edib.

Mynews.az xəbər verir ki, 18 yaşlı Ş.S. 70 yaşlı Ş.E.nin ona təcavüz etdiyini bildirib. Qızın sözlərinə görə, atasının xahişi ilə Ş.E.nin evinə onun paltarlarını ütüləmək üçün gedib:

"Mən evə girəndə o, qapını bağladı və mənə hücum etdi. Məni zorlamaq istəyirdi. Söylədi ki, səni də Münəvvər kimi öldürüb, tikələrə ayırıb, zibilliyə ataram. Heç kim meyitini tapa bilməz. Çox qorxmuşdum, nə qədər qaçmağa çalışsam da, alınmadı. Mənə təcavüz etdi.  Qaçıb evə gəldim. Baş verənləri atama danışanda məni 70 yaşlı kişiyə ərə vermək istədi. Atamın heç pulunun olmadığını bilirdim. Lakin həmin gecə atam anama 500 TL pul verəndə anladım ki, bunları ona Ş.E. verib".

Hazırda 70 yaşlı Ş.E.ni 12 ilə qədər həbs cəzası gözləyir. (GoldNews.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...