Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dayısı oğlunun köləsinə çevrilən qızın sonu: 13 yaşında ana oldu və... - VİDEO

Türkiyənin Diyarbəkir  vilayətində  iki uşaq anası  olan 18 yaşlı  Pelda yaşadığı evdə ölü vəziyyətdə tapılıb.

Mynews.az GoldNews.Az-a istinadən verdiyi məlumata görə, baş verən hadisənin təfərrüatları məlum olub.

Belə ki, Peldanın bir müddət əvvəl tanımadığı bir kişi tərəfindən narahat edildiyi bildirilir. 

Həyat yoldaşı Hüseyn ifadəsində bunları deyib: ”Peldadan şübhələnirdim.  Ağlıma min cür fikirlər gəlirdi. Həyat yoldaşımını həmin adamla telefonla  danışdığını hiss etmişdim.  Əmin olmaq  üçün mobil operatorun müştəri xidmətləri  mərkəzinə müraciət etmək qərarına gəldim. Məqsədim danışıqların siyahısını əldə etmək  idi. Peldaya da demişdim ki, əgər sən zəng etməmisənsə, heç bir problem yoxdur, bunun əksi olarsa səni ananın evinə göndərəcəyəm. Amma evə qayıdanda Peldanı qanlar içərisində döşəmədə ölmüş vəziyyətdə gördüm.”

Cəsədin ekspertizası zamanı ayaq nahiyəsində güllə izləri də tapılıb.  

Şübhəli şəxs qismində Hüseyn və onun qardaşı həbs olunub. 

Qadının intihar etdiyi bildirilsə də, qonşuların ifadəsi hər şeyi dəyişdirdiyi üçün faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki,  Pelda 12 yaşı olarkən dayısı oğlu Hüseyn tərəfindən qaçırılıb.  Bir ildən sonra  isə o, artıq ana idi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...