Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ukrayna səfirliyi Bakı ilə münasibətlər barədə

Ukrayna və Azərbaycan arasında 133 ikitərəfli razılaşma var. 

Mynews.az-ın məlumatına görə, bu, Oxu.Az-ın Ukraynanın MDB-dən çıxmasından sonra Bakı və Kiyev arasında gələcək münasibətlərlə bağlı sorğusuna ukraynanın Azərbaycandakı səfirliyinin cavabında yer alıb. 

“Ukraynanın MDB-dən çıxması iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək. 

Bundan başqa, biz Bakı ilə münasibətlərdə yeni perspektivləri inkişaf etdiririk”, - səfirliyin məlumatında deyilir. 

Səfirliyin mətbuat xidmətindən bildirilib ki, Ukrayna və Azərbaycan arasında 2002-ci ildə imzalanmış saziş əsasında həyata keçirilən vizasız rejim Kiyevin MDB-ni tərk etməsindən sonra da qüvvədə qalacaq. 

Ukrayna MDB çərçivəsində bağladığı bir neçə müqavilədən çıxmaqla bağlı qərar qəbul edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...