Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərdoğanın səsini təqlid edərək... - AĞLASIĞMAZ CİNAYƏT - VİDEO

Türkiyədə müəllim Naki Erdemirə zəng edən fırıldaqçılar prezident Rəcəb Tayyib Ərdoğan və Van valisinin səsini təqlid ediblər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, fırıldaqçılar FETÖ-ya qarşı əməliyyat həyata keçirdiklərini söyləyərək Erdemirin 7 min 385 lirəsini (təxminən 2000 dollar) öz hesablarına köçürüblər.

Hadisə bazar ertəsi Vanda baş verib. Naki Erdemirə zəng edən və özünü prezidentin xüsusi təlimatı ilə Ankaradan gələn xüsusi prokuror kimi təqdim edən şəxs ondan deyilənləri etməsini istəyib. Evindən çıxan Erdemir “Rəcəb Tayyib Ərdoğan” və “Van valisi” ilə telefonda danışdırılıb. Həyat yoldaşının da razılığını alan Erdemir bank hesabından çəkdiyi 7 min 385 lirəni fırıldaqçıların istədiyi hesaba köçürüb.

Bununla kifayətlənməyən fırıldaqçılar Erdemirdən banka gedərək kredit götürməsini istəyib. Erdemir buna etiraz edib. Erdemiri təhqir edən fırıldaqçılar telefonu bağlayıb. Aldadıldığını başa düşən müəllim polisə gedərək şikayət edib.

Erdemir cütlüyü bundan sonra daha bir şok yaşayıb. Telefonla zəng edərək üzr istəyən fırıldaqçılar 4 nəfər olduqlarını və pula ehtiyaclarının olduğunu deyərək ailədən halallıq istəyiblər.

Ailə bu qədər rahat davranan fırıldaqçıların tezliklə tutulmasını istəyir.


 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...