Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Seks qalmaqalının məşhur “qəhrəmanı” həbs olundu

Çoxsaylı seksual zorakılıqda ittiham olunan Xarvi Vaynşteyn polisə könüllü təslim olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivud prodüseri könüllü şəkildə Nyu-Yorkda polis ofisinə daxil olub və sonra onu həbs ediblər. Bu gün Vaynşteyn məhkəmə qarşısına çıxarılacaq və ona qətimkan tədbiri seçiləcək.

Kino xadiminin həbsdən azad olunması üçün girov məbləği 2 milyon dollar təşkil edəcək.

Xatırladaq ki, i Ancelina Coli, Qvinet Peltrou, Keyt Bekinseyl də daxil olmaqla, daha 70 qadın Harvi Vaynşteyni seksual zorakılıqda ittiham edib.

Lakin işin şərhçiləri qeyd edirlər ki, cinayət işində onu ən azı iki fakta görə hədələyirlər. Birincisi, aktrisa Lyusi Evans Vaynşteyni onu oral seksə məcbur etməkdə günahlandırıb. Digər tərəfdən Pas de la Uerta kinematoqrafçının onu zorladığını iddia edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...