Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hindistanda inək kəsdiyi deyilən müsəlman dərziyə görün nə etdilər

Hindistanın Madhya Pradeş əyalətində 45 yaşlı müsəlman dərzi inək kəsdiyi iddia edilərək bir qrup tərəfindən hücuma məruz qalaraq öldürülüb.

Polis Amgara kəndində daşlarla hücuma məruz qalan müsəlman dərzi Riyazın həyatını itirdiyini, 38 yaşlı dostu taksi sürücüsü Shakeelin isə yaralandığını müəyyən edib.
Shakeel polisə şikayət edərək bir qrupun özünə və Riyaza gecə gec saatlarda hücum etdiyini deyərək, inək kəsmədiyini bildirib.

Ölkədə yaxın dövrlərdə heyvanları kəsimə apardıqları və ət yedikləri səbəbi ilə xüsusilə müsəlmanlara qarşı çox sayda nifrət hücumu təşkil olunub.

Hindistanda bir məhkəmədə mart ayında keçən il ət ticarəti etməklə günahlandırdıqları bir müsəlmana şiddət göstərməsi səbəbi ilə 11 nəfər ömürlük həbsə məhkum edilmişdi.(sonxeber)

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...