Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

9 uşaq atası sonsuz olduğunu biləndə arvadını boşadı - İnanılmaz həyat hekayəsi

Həyat yoldaşının xəyanət etdiyini bilmək həmişə ürək incidən haldır. Bəs bu xəyanətin bir dəfə deyil, bütün ömür boyu davam etdiyini bilmək necə duyğudur? Yəqin ki, aldadılan adamın  gözüylə hadisələrə baxmaq  çox ağır olardı.

Mərakeşli Sidi Süleymanın başına gələnlər bütün xarici media orqanları tərəfindən işıqlandırılıb. 9 uşaq  atası olan 55 yaşlı Sidi Süleyman bir gün  ümumi müayinədən keçmək  üçün həkimə gedəndə dəhşətə gəldi. Həkimlər hər şeyin  normal olduğunu, lakin onun  heç bir zaman  ata ola bilməyəcəyini, sonsuz olduğunu söylədilər.

Sidi Süleyman artıq 9 uşaq atası olduğunu bildirib, onlara inanmadığını söylədi və başqa həkimlərdə  müayinədən keçdi.  Lakin üz tutduğu bütün həkimlərin hamısının qoyduğu diaqnoz  eyni idi. Sidi Süleyman ata ola bilməzdi, o sonsuz idi.

Bundan sonra məlum oldu ki, Sidi Süleymanın həyat yoldaşı ömrü boyu  ərinə xəyanət edib, üstəlik dünyaya gətirdiyi 9 övladının atası olaraq da Sidi Süleymanı göstərib. Müsəlman ölkəsi olan Mərakeşdə bu kimi halların cəzası boşanmadır. Sidi Süleyman məhkəməyə müraciət edərək  atalıq hüququndan imtina edib. O indi öz həyatını yaşamaq arzusundadır. 9 uşaqlı, ömür boyu ərini aldadan qadın isə bundan sonrakı ömrünü həbsxanda keçirəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...