Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gənc qadını elə aeroportdaca oğurladılar - VİDEO

Bu yaxınlarda Bankoqda dəhşətli hadisə baş verib: gənc turist qız elə aeroportdaca oğurlanıb.

Daily Mail-in verdiyi məlumata görə, onun necə qaçırıldığını heç kim görməyib, ya daözünü görməzliyə vurub.

Bildirilir ki, 39 yaşlı Cinkay Çen Bankoq aeroportunda olarkən cani tərəfindən izlənilib. Müşahidə kameralarından görünür ki, o iki kişinin əhatəsində hava limanından çıxarılaraq mikroavtobusa basılıb.

Bir müddət sonra canilər qurbanın əri ilə əlaqə saxlayaraq 10 milyon funt sterlinq (13 milyon dollar) tələb edirlər.

Pul verildikdən sonra canilər daha 155 min dollar pul tələb ediblər. Lakin kişi bundan imtina edir və bu dəfə polisə xəbər verməyi qərara alır.

Polisin müdaxiləsindən sonra qadın azad olunur. O, 13 gün əsirlikdə olur.

Məlum olub ki, cinayətkar dəstəyə 3 çinli və bir neçə yerli sakin, həmçinin miqrasiya xidmətinin bir əməkdaşı daxildir. /faktxəbər 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...