Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tramp erməni Kardaşyanla görüşdü

ABŞ prezidenti Donald Tramp ölkənin ən populyar realiti-şou ulduzunu, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan erməni Kim Kardaşyanı Ağ Evdə qəbul edib.

Mynews.az bildirir ki, D.Tramp iş oatığnda K.Kardaşyanla çəkilmiş fotonu Twitter-dəki profilində paylaşıb.

"Həbsxanalarla bağlı islahatları, məhkəmə hökmlərinin verilməsi ilə bağlı situasiyanı müzakirə etdik", - Birləşmiş Ştatların prezidenti yazıb.

Kim Kardaşyan 63 yaşlı Elis Consonun bəraət almasını istəyir. Narkotik maddələr saxlamağa görə həbs olunmuş E.Conson barədə K.Kardaşyan ötən ilin oktyabrında Twitter sayəsində xəbər tutmuşdu.

22 il əvvəl həbs olunmuş E.Consonun indi nəticələri var.

K.Kardaşyanın fikrincə, E.Consona verilmiş cəza ədalətsizlikdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...