Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞOK CİNAYƏT - Alış-verişə gələn 8 yaşlı qıza təcavüz etdilər

İstanbulda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən kişi saxlanılıb.

Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sahibi olduğu marketə alış-veriş üçün gələn 8 yaşlı R.G adlı qıza qarşı əxlaqsız hərəkətlər etdiyi üçün axtarışda olan B.Ü saxlanılıb. O, Ankarada yol polisinin keçirdiyi reyd zamanı təsadüfən tutulub.

Saxlanılan B.Ü adlı kişi İstanbulda polis bölməsinə gətirilib. İfadəsi alınan kişi İstanbul Anadolu Ədalət Məhkəməsinə göndərilib.

Məhkəmə qarşısında ifadə verən mağaza sahibi hadisə ilə bağlı bunları deyib:

"Qarşıdan mağazaya tərəf uşaqlı bir ana gəldi. Mənə "Sən etdin?” deyə soruşdu. "Başa düşmədim” dedim. O zaman qadın mənə "Yoldaşıma deyəcəm, səni yandıracaq” dedi. Bu zaman qadına "sizi anlamadım xanım” deyərək mağazaya girdim.

Marketdə aşağı mərtəbədəykən işçilərədən biri mənə zəng vurdu. Bildirdi ki, mənim uşağa təcavüz etdiyimi söyləyib mağazaya basqın ediblər.

Bu zaman mən polis bölməsinə doğru qaçdım. Sonra psixoloji sarsıntı keçirmişdim. Bu durumla maşınla məmləkətimə getdim. Yol polisi bizi saxladı. Bizim məhəlləyə basqın ediblər, qohum-əqrəbama həmin ərazini tərk etməsi üçün hücum ediblər”.

Məlum olub ki, B.Ü bundan öncə də uşaq istismarına görə saxlanılıb və bir müddət həbsdə yatıb.

Məhkəmə, kişini şübhəli bilindiyi cinayətə görə həbs olunması barədə hökm oxuyub.
Mənbə: Unikal.Org

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...