Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərbi iş maşını atəşə tutuldu - 2 şəhid,1 ağır yaralı

İraqın şimalında yol tikintisi zamanı PKK terrorçuları tərəfindən Türkiyənin hərbi iş maşınına minaatanlardan hücum olub.

Mynews.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Hücum nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər ağır yaralanıb.

"İyunun 2-də İraqın şimalında yol tikintisi zamanı hərbi iş maşınına separatçı terror təşkilatı mənsubları tərəfindən həyata keçirilən hücum nəticəsində, iki silah dostumuz şəhid olub, biri isə ağır yaralanıb", - deyə rəsmi məlumatda bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...